Türkiyənin Samsun şəhərində koronavirusa görə müalicə alan şəxs intihar etməyə çalışıb.
Medicina.az xəbər verir ki, 54 yaşlı İsmail K. xəstəxana otağında boğazına bıçaq dayayaraq intihar etməyə çalışıb. Dərhal xəstəxanaya gələn polislər xəstəni yola gətirərək intihardan yayındırıblar.
Qeyd edək ki, son COVID-19 testi neqativ çıxan İsmail evində karantinaya alınıb.