Bildiyimiz kimi, saturasiyanın azalması koronavirusun ağırlaşmasına işarə edən ilk əlamətlərdən biridir. Pulsoksimetrin göstəricisi 93-dən aşağı düşdükdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Çox zaman evdə
uzanan xəstənin saturasiyasının aşağı düşdüyünü təxmin etmək olmur, çox zaman xəstə klinikaya saturasiya 80-ə düşdükdə çatdırılır, bu isə həyati təhlükəlidir.
Medicina.az saturasiyanın düzgün ölçülməsi qaydaları ilə tanış edir.
1. Rahat oturun, qolunuzu masanın üzərinə qoyun.
2. Əllləriniz normal temperaturda olmalıdır. Əllərinin soyuqdursa, bu pulsoksimetrin nəticəsinə təsir edə bilər. Bu halda saturasiyanı ölçməzdən əvvəl əllərinizi isti suda bir qədər saxlayın.
3. Saturasiyanı hər dəfə eyni əldə və eyni barmaqda ölçün.
4. Saturasiyanın ölçülməsi zamanı tərpənməyin. Bu nəticəyə təsir edir.
5. Uzun süni dırnaqlar nəticəyə ciddi təsir edir. Nəticə səhv ola bilər.
6. Saturasiyanı bir neçə dəfə ölçün. Əgər sizdə şübhə yaranarsa, dərhal həkimlə əlaqə saxlayın. /saglamolun.az/