Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb, ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfər bu virusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, 2.455 yoluxma hadisəsi Çində, 6 nəfər Honqkongda, 5 nəfər Makaoda və 3 nəfər Tayvanda qeydə alınıb.
Həmçinin bildirilir ki, koronavirusun ilk aşkarlandığı Hubey əyalətində xəstəlikdən 76 nəfər ölüb və yoluxanların ümumi sayı 1423-ə yüksəlib.
Virus artıq Çindən başqa, Cənubi Koreya, Yaponiya, ABŞ, Tayland, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da qeydə alınıb.
Qeyd edək ki, yeni virus yüksək temperatur, öskürək və boğulma ilə müşahidə olunur.