Çinin müxtəlif əyalətlərində koronavirusa yoluxanların sayı 571 nəfər təşkil edir. Bunu Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Medicina.az xəbər verir ki, virus Çinin 25 bölgəsində yayılıb və yoluxanlardan 95 nəfəri ağır vəziyyətdədir.
Son bir gün ərzində 24 əyalətdə və şəhərdə 131 yeni yoluxma sayı və 8 ölüm hadisəsi qeydə alınıb. Ölənlərin hamısı 65 yaşdan qoca insanlardır. Ölkənin 13 əyalətində həmçinin koronavirusa yoluxma şübhəsi ilə 257 yeni hadisə qeydə alınıb.
Daha əvvəl Çində koronavirusa 473 yoluxma və 17 ölüm hadisəsi barədə xəbər verilib.