Korona virusu təhlükəsi Türkiyədə də aşkarlanıb. Belə ki, Çindən Kapadokya bölgəsinə səfərə gələn 10 turist və 2 türkiyəli şəxs virusa yoluxma şübhələri ilə xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, bu barədə vali Əli Mantı mətbuat konfransında bildirib.Onun sözlərinə görə, virusun əlamətləri tursitlərdən birində ortaya çıxıb:
"Həkimlər təhlükəli hesab edilən turisti və onunla təmasda olan digər 9 nəfəri, avtobus sürücüsü və bələdçini də ehtiyat olaraq nəzarətə götürüblər. Onlardan götürülən analizlər ölkənin Səhiyyə Nazirliyinə göndərilib. Nəticələr əldə olunana qədər turistlər yerli xəstəxananın xüsusi yoluxucu xəstəliklər şöbəsində olacaq".
Qeyd edək ki, yeni növ koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb.