Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Korona qaraciyərə tutulduğu zaman ölüm riski 3 dəfə artır

  • 2021.05.28 14:14
  • 1951 Baxış
Korona qaraciyərə tutulduğu zaman  ölüm riski 3 dəfə artır
Koronavirus qaraciyər, ürək, böyrək, bağırsaq, beyin və sinir sistemi hətta dəridə belə dəyişikliklər yarada bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qaraciyər problemi olanlar xəstəliyi daha ağır keçirir və ölüm riskləri 3 qat artır.

Türkiyəli professor Onur Yaprak kovid-19-un ağciyərdən başqa digər orqanlara da ziyan etdiyini deyib:




“Qaraciyər və bağırsaqlarda ACE reseptorları çox olduğu üçün ağciyərdən sonra ən çox təsirlənən orqan həzm sistemidir. Qaraciyər ağrısı olanlar xəstəliyi daha şiddətli keçirməklə bərabər, ölüm riskləri də 3 dəfə artır. Bəzi xəstələrdə həftələrlə ürək bulanma, qarın ağrısı kimi şikayətlər davam edir. Xəstəliyi ağır keçirənlərin təxminən yarısında halsızlıq, gücsüzlük, tez yorulma şikayətləri olur. Bu hal həftələrlə, bəzənsə aylarla davam edər. Bundan əlavə, virus ürək əzələlərində iltihaba səbəb olur. Zamanla ürək əzələsində yağlanma və fibrozis xəstədə ürək çatışmazlığı, ritim pozuntuları, sinə ağrısı kimi problemlərə yol açır.

Sinir sistemi baxımından isə xəstələrdə depressiya, baş, əzələ ağrısı, dad, qoxu alma itirmə halları olur. Və bu probemlər də uzun müddət davam edər.

Xəstəlik dəridə də bir sıra problemlərə yol açır. Belə ki, bu problem saç tökülməsinə qədər gedib çıxa bilər”.