Türkiyənin Adana şəhərində meşəlik ərazidə gənc kişi cəsədi tapılıb.
Medicina.az xəbər verir ki, polislər cəsədi tibbi ekspertizaya göndəriblər. Məlum olub ki, cəsəd 26 yaşlı Akan Çiftçiyə məxsusdur. Mərhumun ailəsinə məlumat verilib. Hadisə yerinə gələn oğlanın atası Osman Çiftçi bildirib ki, oğlu koronavirusa yoluxubmuş. Bundan sonra atanı nəzarət alıblar. O, ilkin açıqlamasında oğlunu virusa yoluxduğu üçün evdən qovduğunu dilə gətirib:
"67 min TL borcu var idi. Hər gün içib evə gəlirdi. Bir gün gəlib dedi ki, koronaya yoluxmuşam. Evdən qovdum ki, get özün-özünü müalicə et".
Ata daha sonra sərbəst buraxılıb. Polislər cəsədin tapıldığı ərazidən silah aşkar ediblər. Məlum olub ki, gənc oğlan intihar edib.
Hadisə ilə bağlı cinayət işi açılıb.