Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Korona əlaməti var, amma test neqativ çıxır - Səbəb nədir?

  • 2021.10.19 11:26
  • 1332 Baxış
Korona əlaməti var, amma test neqativ çıxır -  Səbəb nədir?
Xəstədə koronavirus infeksiyasına aid hər hansı kliniki əlamətlər olmasına baxmayaraq, PCR testi neqativ çıxa bilər. Bu da vətəndaşlarımızda haqlı olaraq narahatlıq yaradır.

Medicina.az xəbər verir ki, bu barədə ATU-nun Tədris-Cərrahiyyə Klinikasının şöbə müdiri Yavər Hacısoy AzTV-yə açıqlamasında danışıb.

“Hansısa laboratoriyanın düzgün işləmədiyini düşünənlər də olur. Lakin belə deyil. Bütün dünyada qəbul olunmuş qayda var: hər bir testin özünün həssaslıq və spesifiklik göstəricisi olur. PCR testinin həssaslıq və spesifiklik göstəricisi yüksək olsa da, 100% deyil. Bu, o deməkdir ki, xəstə hər hansı simptomları daşısa da, onun PCR nəticəsi neqativ ola bilər”.

Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, simptomatik xəstələrin testinin neqativ çıxmasının ən böyük göstəricilərindən biri nümunələrin götürülmə prosesidir. Bəzən ÜST-ün təlimatı diqqətdə saxlanılmır. Nəticədə test neqativ olur. Mütəxəssislər bildirirlər ki, əgər 1-ci və 2-ci dozadan sonra COVİD-19-a yenidən yoluxma baş verərsə, o zaman 6 ay gözlədikdən sonra buster (3-cü doza) dozadan istifadə mümkündür. Bunun orqanizmə heç bir ziyanı yoxdur.