Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kor qadına mikroçip taxdılar

  • 2022.01.22 14:32
  • 1709 Baxış
Kor qadına mikroçip taxdılar

Böyük Britaniyada 88 yaşlı qadın göz implantının köməyi ilə görmə qabiliyyətini bərpa edib.

Londonun Dagenham qəsəbəsi sakini ölkədə göz çipi taxılan ilk xəstə olub. Coğrafi atrofiyadan əziyyət çəkən təqaüdçü sol gözünün görmə qabiliyyətini itirib. Prima Sisteminin köməyi ilə ona yenidən görmə imkanı verilib.

Britaniya və Fransa mühəndislərinin birgə ixtira etdiyi cihaz çip və xüsusi eynəkdən ibarətdir. İki millimetr ölçülü implant birbaşa xəstənin tor qişasının altına qoyulur və başına eynək taxılır. Çip şəkil çəkmək üçün kameradan istifadə edir və təsvirləri kompüterə ötürür.

Sonuncu isə görüntünü tor qişa hüceyrələri vasitəsilə beyinə qaytarır. Beyin siqnalı təbii görmə ilə eyni şəkildə qəbul edir.

Həkimlərin sözlərinə görə, bu əməliyyatın müvəffəqiyyəti və tədqiqat zamanı toplanan məlumatlar bir çox insanın görmə qabiliyyətini bərpa etməyə imkan verir. /oxu.az/