Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kor kişini maşın vurdu, gözləri açıldı – HƏKİMLƏR ŞOKDA

  • 2020.02.04 15:30
  • 5904 Baxış
Kor kişini maşın vurdu, gözləri açıldı –  HƏKİMLƏR ŞOKDA

20 il əvvəl görməsini tamam itirmiş 56 yaşlı kişini maşın vurduqdan sonra görməsi bərpa olub.
Medicina.az xəbər verir ki, hadisə Polşada Yanuş Qoray adlı kişinin başına gəlib.

Onun görməsi allerfik reaksiyadan itmişdi.Yolu keçərkən maşının altına düşən kişini xəstəxanada çanaq və buddan əməliyyata alırlar. Əməliyyatdan 2 həftə sonra kişinin gözləri görməyə başlayır.

Bundan əlavə bu müddətdə onun bütün travma və sınıqları sürətlə və anomal dərəcədə sağalmağa başlayıb.
Həkimlər şoka düşsələr də, bunun səbəbini kişiyə yazılan dərmanların əks təsiri və ya qeyri-adi təsirində görüblər.Yəni hansısa dərman belə möcüzəvi təsir göstərib.

Kişi özü isə gözünün bərpasını onunla əlaqələndirir ki, qəza zamanı başı bir dəfə maşın kapotuna, bir dəfə də yerə möhkəm dəyib.

Alimlər bu fenomeni araşdırmaq istəsələr də kişi üzərində eksperiment aparılmasına razı olmayıb və evinə gedib.