Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Köpü olanlar üçün şüyüd sousu – Evdə hazırla

  • 2019.05.06 21:08
  • 25300 Baxış
Köpü olanlar üçün şüyüd sousu –  Evdə hazırla
Bu sous bir əlavə olaraq bir çox qidaların yanında verilə bilər, eləcə də yeməkdən əvvəl və sonra qəbul edilməklə həzmi yaxşılaşdırıb, hədsiz köpdən əziyyət çəkən insanlara faydalı ola bilər.


Bunu hazırlasaz, hətta qışda da yaşıl və təravətıi şüyüddən istifadə edə biləcəksiz.


Medicina.az bu maraqlı sous reseptini təqdim edir:


Şüyüd – 1dəstə

Sarımsaq – 1 baş

Limon suyu – 1 ədədin

Limon qabığı – yarım çay qaşığı

Zeytun yağı – 100 ml

Duz 


Şüyüd çox xırda doğranılır, qalan ərzaqlar bura qatılıb, blenderdə azca qarışdırılır. Sıyıq kimi kütləq şüşə bankada soyuducuda saxlanılır. 

Yeməklərdə, şorbalarda və ya sadəcə məcun kimi istifadə olunur.