Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Köpü nə yaradır – 12 səbəb

  • 2023.04.26 17:48
  • 4202 Baxış
Köpü nə yaradır  – 12 səbəb
Köp qarın boşluğunda qazların toplanması nəticəsində yaranır.

“Medicina” xəbər verir ki, bağırsaq bakteriyaları tərəfindən udulan hava və qəbul edilən qidalar ilə birgə ağızdan alınan hava həm mədədə, həm də bağırsaqlarda birləşərək, köpün yaranmasına və nəticədə qaz sancısına səbəb olur.

Digər səbəblər bunlardır:

• Qidaya qarşı allergiya
• Uzun müddət hərəkətsiz qalmaq
• Hava udmaq

• İstifadə müddəti bitmiş qidalardan istifadə etmək
• Lifli qidaların həddindən artıq istehlakı

• Yeməkləri kifayət qədər çeynəmədən udmaq
• Bağırsaqlarda sağlamlıq problemləri

• Bədənin uzun müddət soyuğa məruz qalması, xüsusilə ayaq və qarın bölgəsi
• Çox yağlı və ədviyyatlı qidalar qəbul etmək

• Südün həddindən artıq istehlakı
• Həddindən artıq qazlı və şəkərli içkilər içmək
• Zərərli vərdişlər

Köp nəticəsində yaranan qaz sancısı üçün faydalı olan və ümumiyyətlə tövsiyə edilən təbii vasitələr isə bunlardır.

Zəncəfil - qaz sancısını, xüsusən də qaz səbəbiylə qarında his edilən ağrıları azaldan ən təsirli bitkidir. Ancaq zəncəfil də həddindən artıq istehlak edildikdə, mədə ağrılarına səbəb ola bilər.

Təzə zəncəfili soyub sürtgəcdən keçirib və ya nazik dilimlərə kəsib çaydanda qara çay kimi dəmləyərək içdikdə qaz sancısı azalır. Zəncəfil çayı dəmlənərkən çini çaydandan istifadə etmək məsləhətdir. Dəmlənmiş çay çox gözləmədən içilməlidir. Zəncəfil çayı hazırlayarkən çaydana limon dilimləri də əlavə etmək olar.

Zirə - bir çimdik zirə 1 stəkan qaynar suya əlavə edilir, dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Yeməkdən sonra içilir. 1 çay qaşığı zirə südə qarışdırıb içmək də çay qədər faydalıdır.

Sirkə - bir stəkan ilıq suya təxminən 1 xörək qaşığı alma sirkəsi əlavə edib içmək sancını azaldır.

Razyana toxumu - bir cimdik razyana toxumu çeynəmək və ya çay kimi dəmləyib içmək qaz sancıasına faydalıdır.

Darçın - ağrıkəsici təsirinə görə qaz səbəbi ilə yaranan qarın ağrısını kəsər, mədə və bağırsaqların rahatlamasına kömək edər. Zəncəfil kimi çayını dəmləyib içmək və ya qatığa əlavə edib yemək məsləhətdir.

Soda - qaz sancısını azaltmaq üçün bir stəkan ilıq suya 1 və ya yarım çay qaşığı soda əlavə edib qarışdırdıqdan içmək məsləhətdir.

İsti su torbasını ağrılı nahiyəyə qoyub 5 dəqiqə gözləmək faydalıdır.

Aynurə Məmmədova