Yeni Qvineyada yerli sakinlər ağlagəlməz hadisənin şahidi olublar.
Bakupost.az xəbə verir ki, onlar Papua sahillərində köpək balıqlarının sahilə, quruya çıxıb, yemək axtardığını görüblər.
Pişikgözlü adlanan köpək balığı növü quruda üzgəclərinin köməyilə sürünməyi öyrənib.
Bu növ köpək balıqları adətən ac olanda, qida tapmayanda sahilə çıxır, amma onların az qala pinqvin kimi gəzməsi heç vaxt görülməyib.
İnformasiyanın şayiə və ya gerçək olmasını yoxlamaq üçün alim və təbiət mühafizəçisi Forrest Qalante Solomon adalarına şəxsən gedərək, pişikgözlülərin sahildə gəzişini müşahidə edib.
Bu dəniz elmləri tarixində ilk dəfə idi ki, köpək balığının quruda gəzişi rəsmən sənədləşdirilib.
Alimlər hesab edir ki, bu köpək balıqları təkamül keçərək, digər köpək balıqlarının çatmadığı qida mənbələrinə çatmaq üçün üzgəclərindən pəncə kimi istifadə etməyi öyrəniblər.
Aygün Musayeva