Turks və Kaykos adalarında tətildə olan turist köpək balığı ilə şəkil çəkdirmək istəyən zaman hücuma məruz qalıb.
Medicina.az xəbər verir ki, Baham adalarının cənub-şərqində yerləşən Turks və Kaykos adalarında istirahət edən kanadalı turist həyatının şokunu yaşayıb.
Köpək balığı ilə şəkil çəkdirmək istəyən turist qadına qəfil hücum edilib.
Qadın köpək balığının dişləməsi nəticəsində hər iki əlini itirib.
Çənələri ilə qollarını sıxan köpəkbalığından xilas olan qadının daha sonra hər iki əli kəsilib.
Turistin qollarından biri biləyinin altından, digəri isə qolunun yarısından kəsilməli olub.
“New York Times”ın məlumatına görə, turist qadın daha sonra müalicə olunmaq üçün ölkəsinə, Kanadaya göndərilib.
Aygün
Medicina.az