Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Konyak təzyiqə necə təsir edir – Kimlərə olmaz?

  • 2023.03.06 15:11
  • 3836 Baxış
Konyak təzyiqə necə təsir edir  – Kimlərə olmaz?
Baş ağrısı zamanı bir qurtum konyak içilərsə, təzyiqə həm mənfi, həm də müsbət təsir göstərəcək.

“Medicina” xəbər verir ki, həkimlərin fikrincə, konyak spirtli içki olduğu üçün damarların genişlənməsinə səbəb olur. Bu səbəbdən spirtli içkini qəbul etdikdə təzyiq düşür. Lakin insan spirtin təsirindən sərxoş olduğu üçün ürək döyüntüləri sürətlənir.

Bu zaman ürək damarlarına daha çox qan vurmağa başkayır. Nəticədə sonra qan təzyiqinin artmasına səbəb olur.


Az miqdarda konyak qəbulu ürək- damar sisteminin normal işləməsinə yardım edir. Bu içkinin qəbulu zamanı damarlarda genişlənmə baş verir.

Bundan əlavə, qanda xolesterinin səviyyəsi azalır və bununla da ateroskleroz riski azalır. Bununla belə, böyük miqdarda konyak artıq ürək və beyin üçün real təhlükə yarada bilər.

Təzyiqin aşağı düşməsi və qalxmasında konyak içkisindən istifadə etmək məsləhət görülmür. Nəticəsi gözlənilməz və ağlasığmaz ola bilər. Ümumilikdə spirtli içki içmək son dərəcə təhlükəlidir.

Günay M