Koronavirus pandemiyası ilə bağlı karantinlə bağlı ölkədə qan köçürülməsinə ehtiyac duyan talassemiya, leykemiya, xərçəng xəstələri və cərrahi xəstələrin ciddi problemləri yarana bilər. Artıq bir çox xəstələr qan tapa bilmədikləri barədə məlumat verir.
Medicina.az xəbər verir ki, Təbib rəhbəri məsələ ilə bağlı həqiqətən problemlər ola biləcəyini açıqlayıb:
“Könüllü qan donorları tərəfindən qan verilməsi azalıb, insanlar təbii ki, təhlükəsizliyini düşünür. Amma yaxın zamanda ciddi qan çatışmazlığı yarana bilər. Ona görə mən vətəndaşlarımızdan, könüllü donorlardan xahiş edirəm, könüllü qan vermə aksiyasına qoşulsunlar.
Biz onların qan verməsi üçün hər bir şəraiti yaradacağıq, Hemotoloji mərkəzdə qan alınarkən onların infeksiya və xəstəlikdən müdafiəsi yüksək səviyyədə təşkil olunacaq. Könüllü qan vermək istəyən hər bir vətəndaşa dəstək olunacaq”