Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kontuziya nədir, niyə əsgərlərin qulağı və dili tutulur? – Eks hərbi həkim danışdı

  • 2020.12.03 19:03
  • 5084 Baxış
Kontuziya nədir, niyə əsgərlərin qulağı və dili tutulur?  – Eks hərbi həkim danışdı

Qarabağ savaşında yaralanıb eşitməsi, nitqini itirən və ya döyüşə getməzdən öncə normal danışan, lakin yaralandıqdan sonra nitqində qüsurlan yaranan əsgərlərimiz az olmadı.


Medicina.az xəbər verir ki, müharibə zamanı çox rast gəlinən travmalardan biri də kəllə-beyin travmalarıdır.

Uzun müddət hərbi hospitalda, yaralı hərbçilərin müalicəsi ilə məşğul olmuş həkim Mirzə Qaraşov kantuziyanın əlamətləri, neçə müddətə sağalması barədə açıqlama verib.


“Müharibə, döyüş əməliyyatları zamanı daha çox aşağı və yuxarı ətrafların zədələnməsi, qəlpə və güllə yaralanmaları rast gəlinir.

Əsgər döyüş zamanı daha çox baş nahiyəsini qorumağa çalışır, ona görə ətrafların zədələnmələri daha çox baş verir. Eləcə də bronjiletlər döş qəfəsini qoruyur.
Kəllə beyin travmaları açıq və qapalı olur.
Açıq travmalarda beyinin apenefrozu zədələnir


Ümumiyyətlə, kəllə beyin travmalarının 3 qrupu var. Beynin silkələnməsi, beynin əzilməsi və beyinin sıxılması.

- Beyin silkələnməsi – kəllə beyin travmalarının ən yüngül formasıdır. Bu zaman huş bir neçə dəqiqədən bir neçə saata kimi itə bilər. Huş bərpa olduqdan sonra da xəstədə bir qədər tormozlanma müşahidə olunur.
Bu yaddaşın müxtəlif dərəcədə itirilməsi ilə səciyyələnə bilər, buna postravmatik amneziya deyilir.

Şüur bərpa olunandan sonra hərbçidə bir müddət astenik vəziyyət, baş gicəllənmə, ürəkbulanma, baş ağrıları, təzyiqin qalxması ola bilər. Nistaqm – eşitmədə problem yaranır, bu da qulaq labirintinin zədələnməsi ilə bağlı ola bilər. Bu travmada beyin və onurğa beyin maddəsi zədələnmir.

Beyin silkələnmələrində sağalma bir neçə gündən – bir neçə həftəyə kimi baş verir.

- Kontuziya – beynin əzilməsi isə yüngül, orta və ağır dərəcədə olur. Yüngül dərəcədə huşun itməsi bir neçə saat çəkir. Güclü baş ağrıları, başgicəllənmə, təkrari qusmalar, amneziyalar, yaddaşın pozulması, taxikardiya, arterial təzyiq, hərarətin yüksəlməsi müşahidə oluna bilər.

Nevroloji simptomlar çox kobud və ağır olmur. Meningial simptomlar, nistaqm bir neçə həftədən keçir.

Orta ağır dərəcəli beyin əzilməsində isə kəllə sümüklərində sınıqlar, beyin və onurğa beyin mayesində də qan olur.
Huş 4-6 saata qədər itir.

Bu formada da kəskin yaddaş pozulması olur: retroqrad və andreqrad amneziyalar şəklində.
Bu zaman da güclü başağrıları, ürəkbulanma, qusmalar, bradikardiya, arterial təzyiqin yüksəlməsi, hərarəti, meningial əlamərtlər, psixi pozulmalar müşahidə olunur. Ocaqlı pozulma simptomları- gözün bəbəkləri hərəkətlərdə, ətraflarda hissiyyat pozğunluğu, nitq pozulması, kəkələmə şəklində rast gəlinir.

Bu simptomlar 4-6 həftə ərzində bərpa olur. Bəzən isə daha uzun müddət qalır.



Ağır dərəcəli beyin əzilmələrində huşun itməsi bir neçə gündən bir neçə həftəyə qədər çəkə bilər. Xəstə huşsuz vəziyyətdə olur. Burda da eyni kəskin əlamətlər olur. Udqunma, nitq pozulması, ümumi nevroliji, psixoloji pozulmalar müşahidə olunur. Bu dərəcədə sağalma, bərpa proqnozu xoşagələn deyil.
Burda bir qayda olaraq kəllənin tağ sümüklərində sınıqlar olur.

Kəllə-beyin zədələnmələrində ilk travma dövründə müalicə neyrocərrahın profilinə daxildir. Kəskin dövr keçdikdən sonra nevroloqlar müalicə edir.

Döyüş zamanı beynin silkələnməsi, beyin əzilməsi, yəni başda, kəllədə ciddi zədə olmadan da reaktiv psixozlar ola bilər. Bunlar da psixoloq, psixiatrlar tərəfindən müalicə olunur.

Kəskin dövr keçdikdən sonra əsas iş reabilitoloqların üzərinə düşür. Burda ətrafların, hərəkətlərin bərpası üçün xüsusi kurslar keçirilir. Eyni zamanda psixoloqlar iş aparır.


Bir hemeopat kimi qeyd edim ki, hərbi döyüşlərdə yaralananlara kəskin dövrdən sonra həm daxili orqan, həm baş beyin və nevroloji bərpa üçün hemeopatik preparatlardan da istifadə etmək olar. Amma bu dərmanlar sığorta tərəfindən təmin olunmadığı üçün tətbiq olunmur. Lakin təcrübəmə əsasən deyə bilərəm ki, yaralı əsgərləri hemeopatiya ilə kifayət qədər tez və effektiv müalicə və bərpa etmək mümkündür.