Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Konservlər botulizm mənbəyi ola bilər

  • 2023.11.13 17:22
  • 1109 Baxış
Konservlər botulizm mənbəyi ola bilər

Avropa ölkələrində botulizm aktivləşib.

Fransa Milli İHR Əlaqələndirici Mərkəzi 15 botulizm hadisəsi barədə ÜST-yə məlumat verib.
Hətta bu xəstəlikdən ölüm də qeydə alınıb.


"Medicina" xəbər verir ki, ÜST xəstəliyə tutulma mənbəyinin evdə və ya uyğun olmayan mühitlərdə hazırlanmış konservlər olduğunu bildirir.


Xəstələrin hamısı eyni məhsulu yeyiblər. Epidemioloji tədqiqatlar göstərib ki, infeksiya mənbəyi evdə hazırlanmış konservləşdirilmiş sardina balığıdır.

Aygün Musayeva