Məlumata görə, silahlılar Nquraxi kəndinə hücum ediblər: “Onlar o kənddə özlərini ev sahibi kimi aparırlar. 19 nəfərin öldüyünü saymışıq. Xəsarət alanlar xəstəxanaya göndərildilər. Hökumət qüvvələri gec də olsa gəlib hücumu dəf etdilər”.
Bildirilib ki, qiyamçılar hücum nəticəsində bir neçə evi yandırıblar. Bununla bağlı sakinlər kütləvi şəkildə yaşayış yerlərini tərk ediblər.
“CODECO” (“Konqo inkişafı uğrunda Birlik”) silahlıları lenda xalqını təmsil edir.