Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kondisionerdən bu cür istifadə edərək virusdan qorunmaq mümkündür - RƏSMİ

  • 2020.06.18 20:27
  • 3133 Baxış
Kondisionerdən bu cür istifadə edərək virusdan qorunmaq mümkündür -  RƏSMİ

Doğru şəkildə işlədilməyən kondisionerlər uzun müddət istifadə olunarsa, infeksiya mənbəyinə çevrilə bilər.

Medicina.az xəbər verir ki, bunu Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.

Onun sözlərinə görə, evdə işlədilən kondisionerlərin normal istifadəsi koronavirusa heç bir təsir etmir:

“Xəstəxanalarda xüsusi ərazilərdə istifadə olunan kondisionerlər infeksiya yaya bilər. Amma bu zaman həmin qurğulara infeksiyaya qarşı xüsusi filterlər quraşdırılır. Evdəki kondisionerlərin normal fəaliyyəti koronavirusu yaymır”.