Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kondisioner koronavirusu sürətlə yayır- İstilərdə nə edəcəyik?

  • 2020.04.22 19:58
  • 2101 Baxış
Kondisioner koronavirusu  sürətlə yayır - İstilərdə nə edəcəyik?


Çində alimlər bu ilin yanvar ayında kondisioner vasitəsilə doqquz nəfərin koronavirusa yoluxduğunu müəyyən ediblər.

Medicina.az xəbər verir ki, koronavirusu simptomsuz keçirən xəstəyə aid mikrodamcılar kondisioner vasitəsilə digər şəxslərə ötürülüb.

Həmin şəxslər 2 metrdən çox məsafədə uzaq olmasına baxmayaraq, restoranda olan doqquz nəfər COVID-19-a yoluxub.

Bununla da, kondisionerin virusu daha sürətlə yaydığı qənaətinə gəlinib.

Qarşıdan gələn isti aylarda ofis, market və evlərdə kondinsioner istifadə olunacağını nəzərə alsaq, koronavirusun bu yolla ətrafda olan hər kəsə virus damcılarını ötürəcəyini düşünmək olar.