Kondinsionerlərdən gələn soyuq hava nəticəsində bədənin soyuması orqanizmin virusa qarşı müdafiəsini azaldır, immuniteti zəiflədir. Eləcə də kondinsioner burun yollarını qurutduğundan, yuxarı tənəffüs yollarının selikli qişalası istənilən virus üçün açıq olur.
Medicina.az xəbər verir ki, həkimlər pandemiya davam etdiyi təqdirdə qapalı məkanlarda kondinsionerlərin var gücü ilə işləməsimə qarşıdır. Evdə hava çox soyuq, buz kimi olmamalıdır. Çünki isti havadan soyuğa keçən insanda orqanizm xəstəliklərə qarşı dözümsüz olur.
Yayda otaqda optimal temperatur 22-25 dərəcə olmalıdır. Otaqları soyuducu kimi 18 dərəcəyə kimi soyutmaq olmaz.
Eyni zamanda kondinsioner fasilə ilə işləməli, yatan insanın üzərinə hava vurmamalıdır.
Bədənin çox soyumasının qarşısı alınmalıdır.
Çünki istidən soyuğa keçən bədən güclü stress keçirir.
Bu hal avtomobildə də baş verir. Pandemiya dövründə stress və orqanizmin zəifləməsi yolverilməzdir.