Yandırıcı istilərdən yayınmaq üçün hamının istifadə etdiyi kondisionerin bir çox fəsadları var. Bir çoxları kondisioner istifadəsi zamanı baş ağrılarından şikayət edir.
“Medicina” xəbər verir ki, rusiyalı həkim Yekaterina Kurbatova bu haqqda danışıb.
Onun sözlərinə görə, kondisionerdən baş ağrısı müxtəlif səbəblərdən baş verə bilər. Bu səbəblərə cihazın düzgün quraşdırılmaması və ona qulluq edilməməsi də aiddir.
“Kondisionerdən baş ağrısı bir çox haldan qaynaqlana bilər.
- kondisionerin gücü;
- quru hava;
- sağlam ionların olmaması;
- hava filtrasiya sisteminin çirklənməsi;
- kondisionerdən güclü səs-küy gəlməsi.
Kondisionerin səbəb olduğu baş ağrısından necə qorunmaq olar?
İlk öncə otağın ölçüsünə uyğun kondisionerin düzgün gücünü seçmək lazımdır. İkincisi, havanın qurumaması üçün kifayət qədər havanın nəmləndirilməsi lazımdır. Ən önəmli məqamlardan biri isə havanın düzgün paylanması üçün kondisioneri quraşdırmaq üçün düzgün yer seçimidir. Həddindən artıq soyuq hava, kondisionerdən gələn güclü səs-küy, allergenlər də baş ağrısına səbəb ola biləcək digər amillərdir.
Kondisionerin yaratdığı baş ağrısını müalicə etməyin bir neçə yolu var. Bunlara istirahət etmək və fiziki və zehni stressi məhdudlaşdırmaq və ya otağın havasını tez – tez dəyişmək”.
Ekspert qeyd edib ki, bu səbəbdən yaranan baş ağrısı zamanı alnınıza sərin bir kompres tətbiq etmək də kömək edə bilər. Uzun müddət soyuğa məruz qalmamaq, kondisionerin fəaliyyətinə fasilələr vermək və uzun müddət işləyərsə də başınızı masaj etmək vacibdir.
Xanım