Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kondinsioner körpələrdə ağır pnevmoniya yaradır – Pediatrdan XƏBƏRDARLIQ

  • 2019.06.14 15:11
  • 11269 Baxış
Kondinsioner körpələrdə ağır pnevmoniya yaradır –  Pediatrdan XƏBƏRDARLIQ
İsti yay aylarında hamı evini sərinlətmək üçün kondinsioner alır, quraşdırır, bununla ailəsinə komfort yaratdığını düşünür.

Hazırda ailədə yenidoğulmuş, südəmər və 5 yaşa kimi körpələr olan evlərdə də, təəssüf ki, kondinsioner işlədilir. 


Medicina.az kondinsionerin uşaq səhhətinə hansı dəhşətli zərər verəcəyini aydınlaşdırıb.


Pediatr Vaqif Qarayev mövzu ilə bağlı bildirib ki, südəmər, yenidoğulmuş və körpə uşaq olan otaqda kondinsioner işləməsi qəti olmaz, yolverilməzdir.


" Kondinsioner özündə müxtəlif xəstəliktörədicilərini "gizlədir”. Əsasən də onun filtrində pnevmoniya törədiciləri yaşayır. Ona görə birbaşa uşağın bədəninə üfürülən soyuq hava ilə filtrdən yayılan törədicilər nəfəs yolları ilə ağciyərlərə keçərək pnevmoniya yarada bilər. Eləcə də uşaqlarda soyuqdəymə, əzələ-oynaq ağrıları qaçılmaz olacaq. Uşaq olan otaqda kondinsioner olmamalıdır. 

 

Əgər ailə üzvləri kondinsionersiz qala bilmirsə, mütəmadi söndürüb, pəncələri açıb otağı havalandırmalıdır. Eləcə də kondinsionerlərin filtrləri tez-tez təmizlənməlidir. Kondinsioner otaqda havanı qurudur, bu da körpənin normal oksigen almasına mane olur”.


Həkim yayda ventilyatorun uşağa daha uyğun olduğunu bildirib. Amma ventilyator da uşağın üzərinə hava vurmamalıdır. Ventilyatorun filtrinin olmaması onu bir qədər zərərsiz edir.

 


Kondinsioner körpələrdə ağır pnevmoniya yaradır –  Pediatrdan XƏBƏRDARLIQ