İsti havalarda ürək-damar xəstələrini qorumağın yolu soyuq kondinsioner altında sərinləmək deyil.
Əksinə kondinsioner bəzi qrup xəstələrə zərərli ola bilər.
"Medicina" xəbər verir ki, rusiyalı kardioloq Olqa Kozlova kondisionerin damarları necə daralda biləcəyi barərə xəbərdar edib.
"İsti havada orqanizmdən kalium və maqnezium çox itirilir.
Maye azlığı səbəbindən qan qatılaşması da baş verir ki, bu da tromb riskini artırır.
Qanı qatı, ürəyi zəif insan kondinsionerli buz kimi məkandan isti çölə çıxan zaman ani dəyişiklikdən damarlar spazm verərək yığılır, nəticədə ürək tutması ola bilər".
Aygün Musayeva