Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kömür və sodalı diş məcunları zərərlidir – Minanı dağıdır

  • 2019.08.07 18:38
  • 4840 Baxış
Kömür və sodalı diş məcunları zərərlidir –  Minanı dağıdır
Son zamanlar trend olan, ağardıcı, təmizləyici effektinin çox olduğu hesab edilən yeni kömürlü və sodalı diş məcunlarının dişlərə zərərli olduğu üzə çıxıb. 

Medicina.az xəbər verir ki, stomatoloqlar əvvəllər dişlərində problem olmayan insanlarda bu pastalardan istifadədən sonra kariyes, çürümə və emalın pozulması hallarının aşkarlanmasını bildirir. 


Avstriya Stomatoloqlar Assosiasiyasının rəhbəri deyir ki, yeni kömür və soda tərkibli məcunlar ftorlu deyil. Onlarda bir neçə kanserogen birləşmələr tapmaq mümkündür. Bu məcunlar dişləri ağartması ilə cəlbedici görünür, lakin bu zaman emal zədələnir.

 

Emalın eroziyası başladıqda isə kariyes və həssaslıq artır.

Bu pastaların tərkibi ağız içinin selikli qişası üçün də zərərlidir.