Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kompüterdə 2 saatdan çox oturmaq ürək xəstəlikləri yarandır - ALİMLƏR

  • 2022.05.26 14:35
  • 2199 Baxış
Kompüterdə 2 saatdan çox oturmaq ürək xəstəlikləri yarandır  - ALİMLƏR

Alimlər yeni elmi araşdırmada kompüter və televizor qarşısında çox əyləşməklə ürək xəstəlikləri arasında əlaqə və təsiri araşdırıb.

Bakupost.az xəbər verir ki, Honkonq universitetinin alimləri 400 min britaniyalının genetik tibbi informasiyasını təhlil edib.

İlkin mərhələdə onlardan heç birində insult və ürək xəstəliyi yox idi.


Lakin 5 il sonra 2021-ci ildə bu xəstəlikləri olanların sayı 9000 nəfəri keçir.
Xəstələnənlərlə sağlamları yaşı, həyat tərzi, çəkisi, zərərli vərdişləri təhlil olunub.


Məlum olub ki, gündə 3-4 və daha çox müddətdə televizor, komputer qarşısında vaxt keçirənlərdə cəmi 1-2 saat baxanlara nisbətdə ürək xəstəliyi riski 16% yüksək, insult riski 10% çoxdur.

Alimlər bildirir ki, 11% hallarda ürəyin işemik xəstəliyinin qarşısını almaq olar, əgər insan komputer və televizor qarşısında keçirdiyi vaxtı 2 dəfə azaltsa.

“Divanda, televizor qarşısında vaxt keçirməyi azaltmaq ürək xəstəliklərinin profilaktikası üçün ən həlledici səbəblərdən biridir”.