Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kombi istilik sisteminin beyinə, başa, bədənə - ZƏRƏRLƏRİ

  • 2021.11.22 18:42
  • 2711 Baxış
Kombi istilik sisteminin beyinə, başa, bədənə  - ZƏRƏRLƏRİ

Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərində (kombi, kondisioner, kamin) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.


Orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada "ilişir" və məhv olur. Evin havası quru olanda bu selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qripp xəstəliklərinin inkişafı riskini artırır.

Bundan əlavə istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.

Quru hava dəri və saçların vəziyyətinə mənfi təsir edir - dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir.

Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.

İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır.

1. Evin havasını gündə ən azı 2 dəfə 30 dəqiqə ərzində dəyişmək lazımdır.
2. Döşəmələri hər gün nəm əski ilə silin.
3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir.
4. Müasir nəmləndirici apparatlar da bu işdə sizə kömək edə bilər. /publika.az/