Qənirə Paşayeva hələ 2013-cü ildə orqanlarını bağışlamaq barədə qərar vermişdi.
“Medicina” xəbər verir ki, deputat beyin ölümü keçirərsə və orqanları yararlı olarsa, orqanlarını ehtiyac olan xəstələrə köçürmək üçün orqan bağışlaması barədə müraciət edib və vəsiyyət yazıb.
Deputat bu barədə şəxsən məlumat verərək bildirmişdi ki, bu onun dünyaya verə biləcəyi ən son fayda ola bilər.
“Xeyli vaxtdır beynimdə götür-qoy etdiyim, qəlbimdə yer verdiyim bir məsələ var(dı). O məsələ barədə ilk növbədə özüm qərara gəlməliydim. Elə ki, qərara gəldiyimi yəqin etdim, nəhayət anamla, bacımla, bir sözlə, ailəmlə açıq söhbət edib, qərarımı onlara da açıqlamağı uyğun gördüm. Onlar üçün belə bir söhbət psixoloji olaraq çətin olsa da, şükürlər olsun ki, qərarımın mahiyyətini (geniş müzakirədən sonra da olsa) anlayışla qarşıladılar.
Bu addımı atmaqla biz həyata yenidən dönə bilmədiyimiz zaman başqa birinin yaşama davam etməsinə kömək edə bilərik. Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir. Örnəyi, həyatı dializ aparatına bağlı olaraq yaşayan bir böyrək xəstəsinin, heç bir ölüyə qəbirdə lazım olmayacaq böyrəklərlə həyata dönməsinə kömək edə bilərik”…
Vəsiyyətin yekununda deyilir: “Bəli, əziz oxucum, mən artıq orqanlarımı bağışladım! Bu proseduru həyata keçirəcək qurumu da müəyyənləşdirdim. Ölümümdən sonra bəzi orqanlarımın başqa bir insanın yaşaması üçün istifadə edilməsinin savab bir iş olduğunu düşünürəm. Öldükdən sonra mən həyata yenidən gəlməyəcəm, amma ölüm ayağında olan bir neçə insanın, ağır durumda olan bir neçə insanın yaşamasına orqanlarımla yardım edə bilərəm. Onların üzünün yenidən gülməsinə, xoşbəxt olmalarına yardım edə bilərəm. Bundan gözəl nə ola bilər?! Bəli, bununla bağlı vəsiyyətnaməmi artıq yazdım. Çünki həyat elə qəribədir ki, indi varsan, cəmi 5 dəqiqə sonra artıq həyatda olmaya bilərsən…
Ürəyimi, Qaraciyərimi, Ağciyərimi, Böyrəklərimi, Gözlərimi bağışladım. Pankreas vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı… Bilirsinizmi, sadəcə bir insan orqanlarını bağışlamaqla bir çox insana yaşamaq şansını verə bilər. O zaman bu faydalı əməldən niyə qorxmalıyıq ki…”.
Qeyd edək ki, Azərbaycanda orqan nəqli üzrə xüsusi qurum yaradılıb.
Aygün Musayeva
Ona hec rəhmət də düşmür!
İstanbıl.
Юксак шахсларгина шундай қурбонликни иккиланмай бажарадилар.
İnsanlığı sevən hümanist qadın Allah səni bağışlasın yerin cənnət olsun????
Genire xanimi yegin ki,sevmeyen olmaz(( Allahdan şefa dilerem, bu gözel insana????????????
Bayburt
Qənirə xanıma nə olursa olsun ümid itirmədən şəfa diləyirəm,çox,dəyərli insanı itirmək istəməzdim
Əzizimiz Qənirə xanım Allah sizə şifa versin Amin, siz həqiqətən mərd gözəl insansız, məndə iller önce sizden TV-de eşitdim və öyrendim sizin bu igidliyinizi ve övladıma,ezizlerimede dedim mən ölende orqanlarımi ehtiyacı olanlara bağışlayıram, bu mərdliyi sizdən öyrendim, ve sizə böyük hörmətim var,Allah size can sağlığı uzun ömür versin yastığının yüngül olsun tezlikle xoş sədalarinizi eşidək ,Amin Allah, dualarımız sizinlədir
Çox pis oldum...cox sevirdim Qənirə xanımı. İnşallah tezliklə saqalar. Dualarımızı həmişə onunlardi.kawki möcüzə olardı, kaşki... Allah onu xalqımıza çox görməsin.
Allah özü qorusun ,bütün xəstələrə şəfa versin!!!
Çox heyf
Amin
Çox merd, sozun duzunu deyen, sözün esil menasinda sözün özünü deyən, Vətəninə, xalqina, cani yanan, deputat kimi öz seçiçilərinin yaninda olan qadindir Qenire xanim. Allah şəfasını versin. Yar ve yardımçısı olsun . Amin
Metasta eən orqanı istifadə etmək olmaz! Bunu yadda saxlamaq vacibdir.Pul xatirinə insanarın sağlamlığını məhv etmək cinayətdir.lB məsələyə hüquq mühafizə orqanları ciddi yanaşılmalıdırlar..
Nedense, hec vaxt şexsen tanimadigim, sadece tvden, xeber saytlarinda rastima cixam xeberlerden tanidigim Qenire xanim ucun cox üzülürem. Haqqinda oxudugum bu xebere ise kederlenmekle, qalmayib hetta agladim da. Bu qeder böyük üreye sahib olan bir xanima Sen Özün qıyma Ya Yebbim. Onu sevenlerin dualarin eşit. Allah butun xestelere şefa versin