İtaliya futbolunun canlı əfsanəsi Françesko Totti uzun müddət komada olan gənc idmançını ziyarət edib.
Medicina.az xəbər verir ki, “İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, F. Tottinin fanatı olan gənc futbolçu İlenia Matilli 2019-cu ilin dekabr ayında ağır yol nəqliyyat hadisəsi keçirib və komaya düşüb.
Valideynləri F.Tottiyə müraciət edərək qızına ünvanlanan şəxsi səs yazısını onlara göndərməyi xahiş ediblər.
Valideynləri komada olan övladlarına sabiq “Roma”lı futbolçunun müraciətini dinlədiblər.
Uzun çəkən müalicədən sonra İ.Matilli komadan çıxıb.
Bu münasibətlə 44 yaşlı sabiq futbolçu fanatını xəstəxanada ziyarət edib ona tezliklə tam sağalıb ayağa qalxmağı arzu edib.