Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kolumbiyalı professor Bakıda xəstə qəbulu keçirəcək - Bu problemlər üzrə

  • 2022.09.09 16:16
  • 2796 Baxış
Kolumbiyalı professor Bakıda xəstə qəbulu keçirəcək   - Bu problemlər üzrə


Tibb Elmləri Doktoru, Kolumbiya Javeraniya Universitetinin İnteqrativ Təbabət kafedrasının professoru, seqmentar-metamer biopunktura üsulunun banisi Dr.Arturo O’Birne 26 SENTYABR - 1 OKTYABR 2022-ci il tarixində, saat 09:00-13:00-da Bioloji Təbabət Klinikasında pasiyent qəbulu həyata keçirəcək:
Medicina.az xəbər verir ki, aşağıdakı xəstəliklər üzrə professora müraciət edə bilərsiz.


-Mədə-bağırsaq traktı xəstəlikləri
-Xroniki və autoimmun xəstəliklər
- revmatoid artrit, vaskulit, qırmızı qurd eşənəyi, autoimmun tireoidit və s.
-Allergik xəstəliklər
-Metabolik sindrom
-Parkinson xəstəliyi
-Dağınıq skleroz
- Podaqra
- Ateroskleroz

Qəbul ödənişlidir!
Öncədən qeydiyyat mütləqdir!


Arturo О’Birne - tibb elimləri doktoru, Javeraniya Universitetinin (Kolumbiya, Kali) İnteqrativ Təbabət kafedrasının professoru, seqmentar-metamer biopunktura üsulunun banisi, biotənzimləyici terapiya üzrə mütəxəssis 1976-cı ildə Kolumbiyanın Tibb Universitetini bitirmişdir.

Bundan başqa o, Barselona Universitetində fitoterapiya və kliniki dietologiya üzrə ixtisaslaşmışdır və hazırda Javeraniya Universitetinin (Kolumbiya, Kali) aparıcı professoru kimi fəaliyyət göstərir. O`Birne bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH) eks-prezidentidir.

Şəxsi klinikasında (Centro De Medicina Biologica) praktiki həkim fəaliyyəti ilə yanaşı, ISOHH-nın diplomdan sonrakı tədris treninqlərini keçirir.

Bioloji Təbabət Klinikası
Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında

Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

(012) 430 89 49