Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kolumbiyada yeni epidemiya - Fövqəladə vəziyyət

  • 2025.04.17 15:37
  • 260 Baxış
 Kolumbiyada  yeni epidemiya   -  Fövqəladə vəziyyət



Kolumbiya hökuməti sarı qızdırma epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib.

"Medicina" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəhbəri Qilyermo Alfonso Xaramilyo məlumat verib.

Artıq infeksiya səbəbindən 30-dan çox insan həyatını itirib.

Nazir qeyd edib ki, Kolumbiyada 74 yoluxma halı müəyyən edilib və onlardan 34-ü ölümlə nəticələnib.

"Söhbət artıq əvvəllər risk zonası hesab edilən 388 bələdiyyədən getmir. Xəstəlik artıq Amazoniyanın, Çoko departamentinin və Katatumbo regionunun hüdudlarından kənara çıxıb və ölkənin mərkəzində peyda olub, ölkə və bütün cəmiyyət üçün açıq təhlükəyə çevrilib",.
medicina.az