Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kolonoskopiyanı əvəzləyən həb icad olundu

  • 2018.11.05 09:41
  • 10621 Baxış
Kolonoskopiyanı əvəzləyən həb icad olundu
50 yaşdan yuxarı hər bir insan kolorektal xərçəngin skrininqi üçün vaxtaşırı olaraq kolonoskopiya prosedurundan keçməlidir. Amma bu prosedurun icrası xoşagəlməz və xüsusi hazırlıq tələb etdiyi üçün bir çox insanlar ondan uzaq dururlar. 


Medicina.az xəbər verir ki, bu barədə Amerika Xərçənglə Mübarizə Cəmiyyəti məlumat yayıb. Hazırda "Check Cap” kompaniyası kiçik bir həb qəbulunu xatırladan, kolonoskopiya prosedurunu yerinə yetirəcək yeni texnologiya üzərində işləyir. "Check Cap” kompaniyasının tibbi mühəndisi Yoav Kimçi daxilində sensor yerləşdirilən kiçik rentgen aparatı hazırlayıb. Prosedur zamanı xəstə sözügedən kapsulu udur. Kapsul bağırsağa çatdıqdan sonra bağırsaq divarının vəziyyətini bütün istiqamətlərdə qiymətləndirərək komputerə siqnal göndərir. Beləliklə də, həkim xəstənin bağırsağının daxili divarları haqda məlumat əldə etmiş olur. 


"Check Cap” kompaniyasının təmsilçilərinin sözlərinə görə, bu prosedur hava limanlarında tətbiq edilən skan etmə və ağciyərlərin rentgeni qədər təhlükəsizdir. 


Kapsul birdəfə qəbul üçün nəzərdə tutulub. Ona görə də təbii yolla həkim nəzarəti olmadan bədəndən xaric olunur. Bu üsul yalnız xəstə üçün deyil, kolonoskopiya ilə məşğul olan həkimlər üçün də rahat və komfortlu hesab edilə bilər.