ABŞ tədqiqatçıları kolonoskopiya – bağırsaqların endoskopik (zondla) müayinəsinə zamanı bağırsaq divarında olan maliqnizləşmiş, yəni şişə çevrilmə ərəfəsində olan hüceyrələrin ötürülməsi və digər xəstənin bağırsağında mexaniki əkilməsinin mümkünlüyünü üzə çıxarıblar.
Medicina.az xəbər verir ki, bu barədə məlumat Gastroenterology dərgisində verilib.
Tədqiqatlar genetik testlərlə aparılıb.
Məlum olub ki, kolonoskopiyada bir xəstənin orqanizmində olan xərçəng hüceyrələri digər xəstəyə, yəni sağlam pasiyentə ötürülüb. Bu endoskopik proseduru həyata keçirərkən ciddi səhlənkarlıq və ehtiyatsızlığa yol verdikdə olur.
İlk növbədə endoskopun işlək kanalında orqanik qalıqların qalmasından, eləcə də inyeksiya alətlərindən şübhələnirlər.
Alimlər bir çox metaxron şişləri olan xəstələrdə mexaniki olaraq şiş hüceyrələrinin ötürülməsini araşdırıblar. Eləcə də hər kolorektal xərçəng xəstəsindən biopsiya alındıqdan sonra endoskop cihazının kanalları yoxlanılıb.
Tədqiqatçılar 56 pasiyentdə ikincili bağırsaq xərçənginin yarandığını təsbit ediblər. Onlarda şişlər əməliyyatdan 6 -3 il sonra yenidən aşkarlanıb.
Bu 56 nəfərin 22-də məhz metaxron karsinoma təyin edilib. Metaxron kolorektal xərçəngi olan xəstələrin 5-də şiş hüceyrələrinin sonradan kolonoskopiya zamanı ötürüldüyü aşkar edilib.
Niderlandda 5 klinikada 300 pasiyent bu şübhədən yoxlanılıb. Hələ ki, 3 mexaniki yoluxma təsdiq olunub.
Həkimlər son nəticələrə əsasən kolonoskopiya və biopsiya zamanı digər xəstələrə şiş hüceyrələrinin ötürülməsi riskinin 0, 6 faiz olmasını qeyd ediblər.
Endoskop alətinin kanalında qalan şiş hüceyrələrinin inkişafını və canlılığını yoxlamaq üçün də təcrübə aparılıb. 5 xərçəng xəstəsi kolonoskopiya olunduqdan sonra endoskopda qalan material laboeatoriyada əkilib və izlənilib. 5 materialdan birində şiş hüceyrələri böyüyüb.
Pasiyentləri kolonoskopiya zamanı bu problemdən qorumaq üçün endoskopik alətlər diqqətlə və düzgün sterilizə olunmalı, biopsiya iynələri dəyişməlidir.