Xərçəngin ən çox yayılmış növü kolorektal xərçəng - yoğun bağırsaq və düz bağırsaqda əmələ gələn bədxassəli şişlər hesab edilir.
Medicina.az xəbər verir ki, koloproktoloq, cərrah Nina Zubova bu xərçənglə bağlı profilaktik tədbirlərdən danışıb.
Cərrah qida rasionunda qırmızı ətin miqdarına ciddi nəzarət etməyi tövsiyə edib. O, donuz, quzu, mal əti və fast-food istehlakını azaltmağı məsləhət görüb.
Həkim onu da bildirib ki, kolorektal xərçəngin yaranmasına qırmızı ətin həddindən artıq istehlakı ilə yanaşı, oturaq həyat tərzi, az miqdarda meyvə-tərəvəz, yemək, spirtli içkilər və siqaret çəkmə də təsir göstərir.
“Bütün bu pis vərdişlər tamamilə tərgidilməlidir. Bağırsaq xərçənginin inkişafına lazımsız karbohidrat istehlakı, K vitamini və B vitaminlərinin çatışmazlığı da səbəb olur”.
Həkim bildirib ki, siqaret çəkmək xəstəlik riskini 30-40% artırır. Onun sözlərinə görə, müntəzəm olaraq təkcə spirtli içkilər içmək yox, həmçinin xlorlu su içmək də kolorektal xərçəng ehtimalını əhəmiyyətli dərəcədə artırır.
“Bu amillərin təsiri altında bağırsaqlarda xoşxassəli yenitörəmələr – poliplər əmələ gəlir ki, bu da zaman keçdikcə xərçəngli şişə səbəb ola bilər”, - deyə mütəxəssis izah edib.
Aysel