Qalxanvari vəz orqanizmin ən həssas orqanıdır. Onun pozulmasının, böyüməsinin bir neçə forması var. Çox zaman qadınlar zobu böyüyən, şişən bir qalxanvari vəz kimi təsəvvür edir. Kolloid zobda vəziyyət başqa cür görünür.
Medicina.az xəbər verir ki, kolloid – zülal substansiyasıdır, onun köməyilə hormonlar sintez olunur. Qalxanvari vəzdə kolloid çoxluğu xəstəlik yaradır. Əgər qalxanvari zəvdə çox sayda kolloidlər yığılırsa, bu artıq kolloid zob deməkdir.
Patologiyanın 2 növü var:
- Diffuz kolloid
- Düyünlü
Diffuz kolloid variantında vəz bərabər böyüyür, düyünlü kolloiddə isə düyünlərin yerləşməsinə və ölçüsünə görə qeyri-bərabər böyümə olur. Əgər prosesi vaxtında aşkarlayıb müalicə etməsəniz, vəzdə degenerativ proseslər başlayacaq.
Kolloid zobda olan kistlər iki cür ola bilər:
- Bir qrup illərlə mövcud olub heç bir narahatlıq vermir, vəzin işinə əngəl törətmir, böyümür
- Digər kistlər hipotireoz səbəb olur, bu da qalxanvari vəzin funksiyasının kifayət qədər zəifləməsi deməkdir.
Profilaktikası:
Ən yaxşı üsul yodla zəngin qidaların qəbul edilməsidir. Eləcə də zərərli vərdişlərdən uzaq durmaq, yaxşı istirahət və qida rejimi yaratmaqdır.
Xəstəliyin əlamətləri:
Əsasən ilk əvvəldə heç bir əlamət vermir. Hormonlarda da ciddi dəyişiklik olmur.
Əsas əlamətlər xəstəlik irəlilədikcə üzə çıxır:
- Boğazda ağırlıq, basılma, təzyiq hissi
- Səsin kallaşması, xırıldaması, dəyişməsi
- Udmanın çətinləşməsi
- Qalxanvari vəz hissədə ağrı, sancı
- Baş gicəllənmə, halsızlıq, qulaqlarda küy
- Boğazda düyün, tıxanma hissi
- Boğazda şişkinlik, bərkimə
Diaqnostika:
İlk növbədə endokrinoloqa üz tutmalı. Qalxanvari vəzin USM müayinəsi olunur.
Qan analizi və hormonların analizi aparılır. Sidik analizi yod sintezinə görə verilir.
Kolloid zob təsdiq olunduqda sitoqramma aparılır. Bu gələcəkdə onun bədxassəli şişə çevrilməsi ehtimalını bilmək üçündü.r
Evdə yod testi
Evdə özünüz yod əskikliyini yoxlamaq mümkündür. Yatmazdan əvvəl çiynininə və boğazınıza 3-5 ədəd yodla xətt çəkirsiz. Birinci dəfə nazik çəkilir, üçüncü xətt daha çox, qalın çəkilir. Əgər səhər yuxudan oyananda yod xətlərinin tamam itdiyini görsəniz, demək kəskin yod defisiti var. Əgər 1-2 ci xətt itibsə, deməli, yod defisiti normadadır.
Kolloid zobun müalicəsi
Burda konkret olaraq yaxşı bir endokrinoloqun son dünya protokollarına uyğun dərman müalicəsi sxemi təyin olunmalıdır. Hər zobun öz dərmanı var.
Dərman müalicəsində hormonları qaydaya salmaq, düyün və vəzin ölçülərini azaltmaq üçün hormonal preparatlar, yod əskikliyi zamanl radioaktiv yod izotopu, mineral vitamin əlavələr təyin olunur.
Xalq təbabəti
Nəzərə alın ki, zobu yalnız xalq təbabəti ilə sağaldacağınıza ümid etmək olmaz. Amma həkim mülaicəsi ilə yanaşı bu reseptləri sınaya bilərsiz:
- Təmiz bala qoz qatıb, gündə 3 dəfə qəbul etmək
- Laminariya, dəniz kələmi – tərkibində yüksək dozada yod olan bu qidanı gündəlik 30 qram dozada yemək
- Vişnə saplaqları – yarım litr suda 100 qram qatıb, 40 dəqiqə qaynadın. gündə 2 qaşıq 3 dəfə olmaqla için.
Cərrahi əməliyyat:
Qalxanvari vəz 45 ml-dən çox böyüyüb, qida borusu və traxeyaya təzyiq edirsə və hormonal terapiya effekt vermirsə, cərrahi əməliyyat göstərişdir. Əks halda qalxanvari vəz digər orqanları, qaraciyəri zədələyəcək.
Ola bilər son nəticədə vəzidə avtonom bir düyün yaranıb, özlüyündən hormonlar sintez etməyə başlasın, o zaman birbaşa cərrahi müdaxilə olunur.
Endoskopik üsulla olunan əməliyyatlarda kəsik qalmır.
Mən uziyə düşdüm zobda sağ və sol pay diffuz dənəvər həmdə anexogen əlavəli kista çıxdı həmdə tsh hormonu 0,01 çıxdı bu qorxuludurmu
Mənim boğazımda sağ payında maye kista var bu çox təhlükəlidirmi ölçüsü 1smdir
Rasulova
Mende kolloid duyun formalasir
Salam.Menim qalxanabənzər vəzidə kista var onu isbirisle çəkdirmək qorxulu deyilki?
Mənim qalxanabənzər vəzin usumdan sağda homogen, solda 4-5 sayda kiçiyi 3.5 böyüyü 7-8 mm kistik kolloid əlavələr var