Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kolera: 1 milyard insanı gözləyən TƏHLÜKƏ

  • 2024.07.19 18:58
  • 1099 Baxış
Kolera: 1 milyard insanı gözləyən  TƏHLÜKƏ
Dünyada fövqəladə hallara səbəb ola biləcək infeksiyalar arasında kolera hazırda ciddi təhlükə yaradır.

Medicina.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin) rəhbəri Anna Popova məlumat verib.

O bildirib ki, hər il bir milyarda yaxın insan kolera riski ilə üzləşir.

“Mütəxəssislər bu təhlükəli infeksiyasının coğrafi yayılmasının artdığını qeyd edirlər. Vaxtında və ya düzgün olmayan müalicə xəstəliyin ölümlə nəticələnməsinə səbəb olur”, - deyə Popova bildirib.

Onun sözlərinə görə, 2021-ci ildən bəri xəstələrin sayının artması davam edir. Artıq dünyada 900 mindən çox hal qeydə alınıb.

Popova bütün ölkələrdə xəstəliyin diaqnozu üçün kifayət qədər laboratoriya imkanları olmadığını diqqətə çatdıraraq bu rəqəmin daha yüksək ola biləcəyini vurğulayıb.


Aysel