Kolbasa bu gün qida sənayesi, mağaza vitrinlərində olan ən zərərli qidadır.
“Medicina” xəbər verir ki, endokrinoloq Yelena Medvedeva kolbasanın ürəyə təsirinin də araşdırıldığını da bildirib.
“Kolbasanın xərçəngə səbəb olması barədə danışmağa gərək yoxdur, bu artıq sübut olunub.
Amma alimlər onun ürəyi də sıradan çıxardığını bildirib.
“Kolbasada həddən artıq çox duz olduğu üçün bədəndə mayeni toplayır və damarlara təzyiqi artırır.
Eləcə də içində olan piy, transyağlar isə qan damarlarını tutur.
Kolbasaya qatılan xüsusi dadlandırıcı o qədər güclüdür ki, insan doyma hiss etmir, iştahı artır və orqanizminə kanserogenləri toplayır.
Belə qidalardan imtina edib təmiz zülal, faydalı yağlar, qoz, balıq və bitkiləri seçmək lazımdır.
Kolbasa yeyənlər hətta sonda xərçəng xəstəsi olmasa belə, ürək xəstəsi olacaqlar”.
Aygün