Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kolbasa-sosis yeyən kişi və qadınlar sonsuz ola bilər

  • 2023.04.04 15:13
  • 2157 Baxış
Kolbasa-sosis yeyən kişi və qadınlar sonsuz ola bilər
Çoxsaylı araşdırmalara əsaslanaraq, elm adamları kişi və qadınların reproduktiv məhsuldarlığını və uşaq sahibi olma ehtimalını artırmaq üçün minimuma endirilməli və ya dayandırılmalı olan qidaların siyahısını tərtib etdilər.



“Medicina” məlumatına görə, tədqiqatlar göstərir ki, mal əti, sosiska və kolbasa kimi qırmızı və işlənmiş ətlərin yüksək istehlakı sonsuzluğa səbəb olur.


Müəyyən edilib ki, işlənmiş ətə üstünlük verən kişilərdə spermatozoidlərin keyfiyyəti, miqdarı və hərəkətliliyi balıq yeyən güclü cinsin nümayəndələrinə nisbətən aşağı olur.

Qırmızı və işlənmiş ətlərdə çoxlu doymamış və doymuş yağlar var ki, bu da genital funksiyanın pozulmasına səbəb olur.
Xəmir xörəkləri və tortlar kimi bişmiş məhsullar, xüsusən də qızardılmış və ya tərkibində marqarin olanlar, doymamış və doymuş yağlarda yüksək ola bilər.

Tibbi araşdırmalar göstərib ki, karbohidratlı xəmirləri sevən qadınlarda yumurtlama pozğunluğu və sonsuzluq riski 73% artır.

Şəkər tərkibli içkilər - hamiləliyi planlaşdıran 21-45 yaş arası 3828 qadın və onların 1045 kişi partnyoru ilə aparılan bir araşdırma şəkərlə şirinləşdirilmiş içkilərin 12 menstrual dövrü ərzində məhsuldarlığa təsirini araşdırdı.

Tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm olaraq şəkərlə zənginləşdirilmiş içkilər qəbul edən (həftədə ən azı yeddi içki) kişi və qadınların məhsuldarlıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Boston Universiteti İctimai Sağlamlıq Məktəbinin Epidemiologiya Departamenti tərəfindən aparılan bir araşdırma da şəkərli içkilərin tez-tez istehlakının yetkin və mayalanmış yumurtaların ümumi sayının azalması ilə əlaqəli olduğunu müəyyən etdi.

Bəzi süd məhsulları - az yağlı qidalar kişi cinsiyyət orqanlarının sağlamlığını dəstəkləyir, çox yağlı süd məhsulları isə əks təsir göstərir.

Pendir və süd kimi süd məhsullarının yüksək istehlakı kişilərdə sperma keyfiyyətinin azalması ilə əlaqələndirilir.
Bir çox araşdırmalar təsdiqləyir ki, düzgün bəslənmə "məhsuldarlığın müalicəsi"dir, buna görə də cütlüklər uşaq sahibi olmağı düşünürlərsə, müəyyən qidalar olmadan sağlam qidalanmalıdırlar.

Aygün Musayeva