ÜST-ə görə, ən riskli 10 xəstəlikdən biri köklükdür.
Medicina.az xəbər verir ki, ÜST-ün statistikasına görə, hər il 2.8 milyon insan köklükdən həyatını itirir. Qarşısını ala biləcəyimiz ölümlərin siqaretdən sonra gələn ikinci önəmli səbəbi köklükdür. Məsələn, ABŞ-da hər 3 yetişkin insandan 1-i artıq çəkidən əziyət çəkir.
Artıq çəkidən necə qorunaq?
Həkimlər bildirirlər ki, ən önəmli qayda idman və hərəkətdir. Əgər idman edə bilmirsinizsə, hərəkətlərinizi artırın. Məsələn, lift yerinə pilləkənlərdən istifadə edin. Gəzintiyə çox zaman ayırın.
Qidalarımızı protein və tərəvəzdən yana seçməliyik. Bol su içməli, hazır qidalardan uzaq durmalıyıq.
Uşaqlarınızı erkən yaşlarda idmana yönləndirə bilərsiniz. Telefon, tablet kimi texnoloji alətlərdən onları uzaq saxlayın.