Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kökəlməyinizin ilginc səbəbi tapıldı

  • 2023.08.03 11:02
  • 1026 Baxış
Kökəlməyinizin ilginc səbəbi tapıldı
Artıq çəki bir çoxları üçün baş bəlasına çevrilib. Səbəblər müxtəlifdir. Lakin yeni gözlənilmız səbəb aşkarlanıb.


“Medicina” xəbər verir ki, həkim Zuxra Pavlovanın sözlərinə görə, dişlərin sağlamlığına diqqət yetirmək lazımdır. Çünki dişlərinizin sağlamlığı həzm sistemində böyük rol oynayır.


“Vaxtında müalicə edilmiş dişlər də immunitetə “bonus”dur. Amma artıq çəki ilə çürük dişlər arasında birbaşa əlaqə var.
Qidanın yaxşı həzm olunması və udulması üçün onu yaxşıca çeynəmək lazımdır. Bundan əlavə, ən faydalısı qidalar tərəvəz və bərk meyvələrdir.


Ən azı 33 dəfə sərt qida parçalarını çeynəmək lazımdır. Əgər dişlərdə problem varsa, burda sağlam həzm sistemindən söhbət gedə bilməz.

Nəticədə, adətən dişləri pis olan insanlar yumşaq və ya sulu yemək yeməyə başlayır, az çeynəyir, həzm pozulur. Bütün bunlar kilo almağa kömək edir.

Öz növbəsində, piylənməsi olan insanlarda piy toxumasının iltihabı inkişaf edir, bu da immunitet sisteminin effektivliyini azaldır və bakterial və ya viral infeksiyaların, o cümlədən çürüklərin çoxalmasına səbəb ola bilər.

Çəki nə qədər çox olarsa, dişlərin çürümə riski də bir o qədər yüksəkdir. Dişdə problemi olan insanlar mütləq stomatoloqa müraciət etsinlər və dişlərindəki problemlərdən xilas olsunlar ki, digər sistem və orqanların müalicəsi daha sürətli getsin”.

Aynur Məmmədova