Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kökəldir, yoxsa arıqladır? - Kollagen haqqında bilmədikləriniz

  • 2024.07.12 14:54
  • 1129 Baxış
Kökəldir, yoxsa arıqladır? -  Kollagen haqqında bilmədikləriniz
Kollagen eynilə hialuron turşusu kimi insan orqanizmində təbii olaraq istehsal olunan zülaldır. Dəri və birləşdirici toxumalar da daxil olmaqla, bir çox toxumanın sağlamlığı üçün zəruri hesab olunur.

Medicina.az bildirir ki, kollagen bir çox qida əlavələrində mövcuddur və qocalma ilə mübarizə aparmağa kömək edir.

Xüsusilə dəri, sümüklər, vətərlər, qığırdaqlar üçün vacibdir.

Bu zülalın istehsalı zamanla azalır. Buna görə də, gözəl dəriyə sahib olmaq və oynaq sağlamlığını qorumaq istəyənlər kollagen əlavələri qəbul edirlər.

Qida əlavələrinin əksəriyyətində dəniz kollageni olur. Dəniz kollageni insan orqanizmi tərəfindən təbii olaraq istehsal olunana ən yaxın kollagenlərdən biridir.

Kollagenin yağ və əzələ kütləsinə təsiri var. Birincini azaldır və ikincini dəstəkləyir. Buna görə də kilo almağa və ya itirməyə səbəb olduğu iddia edilir.

Kollagen kökəldir?

Kollagenin 1 qramı 4 kalori təşkil edir. Qida əlavələri çox vaxt təxminən beş qram dəniz kollageni ehtiva edir. Bu, gözardı ediləcək qədər az deyil.

Bununla belə, qeyd etmək lazımdır ki, kollagen bir zülaldır. Yəni yağ və ya şəkər tərkibli digər qidalarla müqayisədə kalori burada elə böyük əhəmiyyət kəsb etmir.

Üstəlik, zülal qəbulunun çəki artımını tənzimləyən müxtəlif hormonlara təsir edərək maddələr mübadiləsini sürətləndirdiyi və iştahı azaltdığı uzun illər öncə sübut edilib.

Kollagenin toxluq hissini artırmaqda və qida qəbulunu məhdudlaşdırmaqda digər zülallardan daha təsirli olduğu da məlumdur.

Nəticədə kollagen kökəltmir, əksinə qida qəbulunu azaldır və arıqlamağı asanlaşdırır.

Digər tərəfdən, kollagen mütləq balanslaşdırılmış pəhriz, eləcə də idmanla müşayiət edilməlidir. Beləliklə, yaxşı əzələ kütləsinə və sürətli maddələr mübadiləsinə sahib olaraq ideal çəkidə qala bilərsiniz.


Aysel