Artıq çəkili insanların yaxşı genetikası varsa, zərərli vərdişləri yoxdursa, uzunömürlü ola bilərlər.
“Medicina” xəbər verir ki, tibdə bəzən belə bir qeyri – adi faktlar da ortaya çıxa bilər. Artıqçəkili insanların genetikasından asılı olaraq uzun ömürlü olması sübut olunub.
Həkim – diyetoloq Darya Rusakovanın sözlərinə görə, Seçenov Universitetinin rus tədqiqatçıları kəşd ediblər ki, uzunömürlülüyü artıran artıq yağ deyil, kök insanların malik olduğu yaxşı genetikadır.
Bir insan firavan bir mühitdə yaşayırsa, sağlamlıq göstəricilərinə nəzarət edirsə, tibbi müayinələrdən keçirsə və keyfiyyətli, lakin yüksək kalorili qidalar yeyirsə, onun artıq çəkisi çox güman ki, sağlamlıqla birlikdə olacaqdır.
Piylənmənin birinci dərəcəsi hətta sağlamlığa müsbət təsir göstərə bilər.
Birinci növ piylənmədən danışırıqsa, o zaman bu yağ sağlamlığa çox mənfi təsir göstərməyəcək, əksinə, dayaq-hərəkət sistemini dəstəkləyəcək qoruyucu immun xüsusiyyətlərə malikdir.
Genetika insanların uzunömürlülük meylinə təsir göstərir. Fiziki fəaliyyət, balanslaşdırılmış qidalanma, sağlam ətraf mühit amilləri də vacibdir, lakin irsiyyət kimi həlledici deyil.
Artıq çəkiyə gəlincə, onun çoxu faydalı hesab edilə bilməz, bu, qaçılmaz olaraq qan təzyiqi ilə bağlı problemlərə, diabetə səbəb ola bilər.
Günay Quluzadə