Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kök insanlar riskli davranışlara meyilli olur - SƏBƏB

  • 2024.07.18 13:51
  • 781 Baxış
Kök insanlar riskli davranışlara meyilli olur -  SƏBƏB
Artıq çəkisi olan insanlar riskli davranışlara meyilli olur.

Medicina.az xəbər verir ki, bunu Almaniyanın Potsdam-Rebrüke İnsan Qidalanma İnstitutunun alimləri aşkarlayıblar.

Alimlər insan davranışının həm də qlükoza mübadiləsində dəyişikliklər kimi biokimyəvi reaksiyalarla tənzimləndiyini diqqətə çatdırıblar. Şiddətli piylənmə ilə müşayiət olunan karbohidrat mübadiləsinin pozulması impulsivliyin inkişafına və risk almaq istəyinin artmasına gətirib çıxara bilir.

Alimlərin sözlərinə görə, riskli davranış dedikdə insanın özü və ya ətrafındakı insanlar üçün açıq və ya potensial təhlükəli hərəkətlər nəzərdə tutulur. Məsələn, alkoqol istehlakı və siqaret çəkmə, narkomaniya, cinayət törətmək istəyi buraya daxil edilə bilər.

Tədqiqatda 18-75 yaş arası, artıq çəkidən əziyyət çəkən 62 nəfər iştirak edib. Onlar 10 həftə ərzində ciddi aşağı kalorili pəhrizə riayət ediblər.

Tədqiqatın əvvəlində və sonunda hər bir iştirakçının çəkisi, bədənindəki yağ faizi, həmçinin xüsusi testlər vasitəsilə riskə getmək istəyi müəyyən edilib.

Alimlər sonda müəyyən ediblər ki, çəki itirmək iştirakçıların əhval-ruhiyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olur. Onlar arıqladıqdan sonra riskli qərarlar verməkdən daha çox çəkiniblər.

Qeyd edək ki, tədqiqatın nəticələri “Clinical Nutrition” jurnalında dərc olunub.


Aysel