Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kök hüceyrə, kollagen içmək oynaqları bərpa etmir - Travmatoloqla müsahibə - VİDEO

  • 2024.11.11 17:05
  • 1268 Baxış
Kök hüceyrə, kollagen içmək oynaqları bərpa etmir   - Travmatoloqla müsahibə - VİDEO
Azərbaycanda oynaq, sümük xəstəlikləri ilbəil cavanlaşır.

Bir çoxumuz hətta travmatoloq və ya ortopedə gedəcəyimizi də bilmirik.
Artıq çəki, oturaq həyat, zərərli qidalar və onurğada problemlər 40 yaşında belə insanı ağrılarla üz-üzə qoyur.

Oynaq, diz, çiyin ağrıları, sümük, qığırdaq yeyilməsi, yastıpəncəlilik üçün möcüzə dərman və ya müalicə varmı?


“Medicina” xəbər verir ki, BTV-nin “HəkimPostu” verilişində bu dəfə qonaq Respublika Diaqnostika Mərkəzinin ən təcrübəli travmatoloq ortopedlərindən biri Altay Cəfərov oldu.


Həkim oynaq, dayaq aparatı ilə bağlı ən vacib 7 sualı cavablandırdı.

1. Qamətimizi, ayaqlarımızı nə əyir?
2. Oynaqların kirəcləşməsinin səbəbləri?
3. Artroz, artritlərdə dizə iynə, yoxsa əməliyyat?
4. Kök hüceyrə köçürülməsi oynaqları sağaldırmı?
5. Kollagen içmək insanı cavanlaşdırırmı?
6. Yastıpəncəliliyi necə yoxlatmalı?
7. 80-90 yaşlı insanın ayağı sınarsa nə etməli?

Ətraflı BTV-də videomüsahibədə izləyin:



AYGÜN MUSAYEVA
MEDİCİNA.AZ