Çox zaman insanlar alkoqoldan sonra qəhvə sifariş edir, xanımlar isə qəhvə ilə şirniyyat, şokolad qəbul edir.
Bakupost.az xəbər verir ki, rusiyalı qastroenteroloq Nuriya Dianova ilə qəhvə ilə uyğunlaşmayan və birgə qəbulu orqanizmə zərərli olan qidaları açıqlayıb.
O bildirib ki, qəhvə ilə eyni vaxtda şokolad, spirtli digər içkilər qida borusunun aşağı hissəsini boşaldır, bu zaman göynəmə, qıcqırma, reflüks artır.
Bu içkilər birlikdə qida borusu iltihabı yaradır. Davamlı olaraq belə içdikdə, borudakı yara sağalmır və bu gələcəkdə xərçəng ehtimalını artırır.
Qəhvə güclü sidikqovucu olduğu üçün tünd qəhvədən sonra bir stəkan adi su içmək lazımdır ki, susuzlaşma olmasın.
Qəhvə arterial təzyiqi də qaldırır, ürək ritmini yüksəldir. İdmandan öncə qəhvə içmək olmaz.
Aygün Musayeva
BakuPost