"Elə şeylər var ki, onu açıqlaya bilmirəm. Vücudum sızıldayır, göynəyir... Onurğanın zədələnməsi bütün siniri pozur. Danışığa da, saça da, dişlərə də təsir edir”.
Medicina.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri Xalq artisti Könül Xasıyeva deyib.
Göz yaşlarını saxlaya bilməyən Xasıyeva səhhətinin pis olduğunu söyləyib: "Yuxum yoxdur, yata bilmirəm. Gecə yatanlara həsəd aparıram. 3 ilə yaxındır ki, heç bir efirə çıxa bilmirəm. Hər il konsert verən xanəndə olmuşam. Oxuya bilməmək mənim yaralı yerimdir. Son üç ildə hər şey pis hala düşdü”.