Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

: Səhər və axşam güclü ağrılarım olurKönül Xasıyeva

  • 2017.12.06 15:55
  • 16025 Baxış
: Səhər və axşam güclü ağrılarım olur Könül Xasıyeva
"Müalicəm ev şəraitində davam etdirilir. Əvvəllər ayaqlarım və nitqim tutulmuşdu. Artıq açılıb. Lakin nitqimdə hələ də ləngimə, əllərimdə isə keyləşmə var. Səhər və axşam saatlarında isə güclü ağrılarım olur”.


Medicina.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva bildirib.


Xanəndə məktəbli oğlunun səhhəti barəsində də danışıb: "Dərslərinə davam edir. Lakin dərmanlarını səhər saatlarında deyil, məktəbdən evə qayıdandan sonra qəbul edir. Çünki həmin həblər yuxugətiricidir. Həkimlər övladımın səhhətinin zamanla əvvəlkindən daha yaxşı olacağını söyləyirlər”.

Xatırladaq ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. Xanəndənin 9 yaşlı oğlu Kazım isə 3 yaşından səhhətində yaranan bəzi problemlərə görə müalicə alır.