Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kliniki Tibbi Mərkəzdə daha bir İLK - FOTO

  • 2022.09.28 11:51
  • 2130 Baxış
Kliniki Tibbi Mərkəzdə daha bir  İLK - FOTO
Kliniki Tibbi Mərkəz tarixində daha bir ilkə imza atır. TƏBİB-in tabeliyindəki Mərkəzdə ilk dəfə olaraq Endoskopiya şöbəsi fəaliyyətə başlayır.


Medicina.az bildirir ki, mərkəzin III korpusunun birinci və ikinci mərtəbəsinin bir hissəsində yerləşən şöbə tam müasir tibbi avadanlıqlarla təmin olunub.


Şöbənin birinci mərtəbəsində ambulator, ikinci mərtəbəsində isə stasionar xidmət göstəriləcək. Mədə, bağırsaq, qaraciyər, öd və öd yolları, mədəaltı vəzi xəstəliklərinin diaqnostika və müalicəsinin aparılacağı bu şöbədə iki ədəd qastroskop, iki ədəd kolonoskop və iki ədəd bornxoskop cihazları quraşdırılıb. Bundan əlavə, istifadə olunan endoskopik cihazların və bütün aksesuarların hər prosedurdan sonra xüsusi kimyəvi vasitələrlə sterilizə edilməsi, antibakterial mühitin yaradılması üçün dezinfeksiyaedici cihazlar alınıb.


Yeni yaradılan şöbədə dövlət xəstəxanaları arasında ilk dəfə ERCP əməliyyatını da yerinə yetirmək mümkün olacaq. Bu, öd yollarının endoskopik yolla əməliyyat etmədən daşın çıxarılması və ya tutulmuş öd yollarına stendin qoyulması deməkdir. Bu günə kimi, bu əməliyyat ölkəmizdə fəaliyyət göstərən bir neçə özəl tibb müəssisəsi tərəfindən həyata keçirilib.


Mərkəzdə yaradılan bu şöbənin daha bir özəlliklərindən biri də yemək borusunun qanamalarında bantlama əməliyyatının yerinə yetirilməsidir. Ümumilikdə, 10 çarpayıdan ibarət bu şöbədə 3 ixtisas həkimi və 10-dan çox digər xidmət personalı fəaliyyət göstərəcək.
Qeyd edək ki, anesteziyalardan sonra pasiyentlərin özünə gəlməsi və istirahəti üçün şöbədə xüsusi ayıltma otağı da yaradılıb. Bu otaqda oksigen mənbəyi quraşdırılıb, təhlükəsizliyin təmin olunması və xəstəyə ilkin tibbi təxirəsalınmaz yardım göstərilməsi üçün hər bir şərait yaradılıb.