Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Klinika rəhbərini bıçaqlayan həkim MƏHKƏMƏ QARŞISINDA - HƏBS EDİLDİ

  • 2019.08.07 11:48
  • 4886 Baxış
Klinika rəhbərini bıçaqlayan həkim  MƏHKƏMƏ QARŞISINDA - HƏBS EDİLDİ
Sumqayıt şəhər Polis İdarəsi və şəhər prokurorluğu avqustun 5-də şəhərdəki klinikalardan birində baş verən bıçaqlanma ilə bağlı məlumat yayıb. Medicina.az xəbər verir ki, avqustun 5-də Sumqayıt şəhərində yerləşən "Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilibib. P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.